BAKI, 23 dek — Sputnik. "Ölkənin 2017-ci il üçün büdcəsinin formalaşmasında bir barel neftin qiyməti 40 dollardan götürüləcək". Sputnik xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin, bu gün keçirilən illik mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatı artıq belə qiymətlərə uyğunlaşıb: "2017-ci ilin ikinci yarısında bazarda artıq neft qalmayacaq və bu, təbii ki, qiymətlərə təsir edəcək, neftin qiymətinin 10 dollar artması isə büdcəyə gəlir gətirəcək".
"Hasilat səviyyəsinin azaldılması düşünülmüş addım idi, yanvardan iyunadək biz hasilatı 300 min barel azaldacağıq. Bu, bizim üçün ciddi rəqəm deyil, lakin ümid edirik ki, qiymətlərə təsiri olacaq", — Putin bildirib.
Prezident bu prosesin artıq yaşandığını əlavə edib: "Neftin qiymətinin 10 dollar artması büdcəyə 1 trilyon 750 milyard rubl əlavə pul gətirəcək".