Liviya təyyarəsini qaçıranlar Malta hökumətinə təslim olublar

© REUTERS / Darrin Zammit-LupiЗахваченный пассажирский самолет ливийской авиакомпании Afriqiyah Airways, который сел в Мальте
Захваченный пассажирский самолет ливийской авиакомпании Afriqiyah Airways, который сел в Мальте - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 23 dek — Sputnik. Liviya təyyarəsini qaçıran şəxslər Malta hökumətinə təslim olublar.

RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Maltanın baş naziri Cosef Muskat bəyan edib.

“Cinayətkarlar təslim olub, onların üzərində axtarış aparılıb və həbs ediliblər“, deyə C.Muskat bildirib.

Onun sözlərinə görə, son ekipaj üzvləri təyyarəni tərk edib. Bundan əvvəl təyyarəni qaçıranlar sərnişinləri sərbəst buraxıb.

Qeyd edək ki, bu gün “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub.

Xəbər lenti
0