BAKI, 23 dek — Sputnik. Liviya hava yollarına aid təyyarəni qaçıran şəxslərin sərnişinləri buraxdığı ilə bağlı məlumat yayılıb. Sputnik Mirror-a istinadən xəbər verir ki, təyyarə Maltaya endikdən sonra, təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıblar.
Sərnişinlərin dəqiq sayı göstərilməsə də, Liviya hökuməti göyərtədə 118 sərnişinin olduğunu ehtimal edir. Lakin heyət üzvlərinin hələ də girovluqda saxlanıldığı bildirilir.
Qeyd edək ki, Liviyanın "Afrikiye" aviaşirkətinə məxsus "Airbus A320" sərnişin təyyarəsi, içindəki 118 nəfərlə bir yerdə bir naməlum şəxs və ya şəxslər tərəfindən Maltaya qaçırılıb.