BAKI, 23 dek — Sputnik. Liviyanın "Afrikiye" aviaşirkətinə məxsus "Airbus A320" sərnişin təyyarəsi, içindəki 118 nəfərlə bir yerdə bir naməlum şəxs və ya şəxslər tərəfindən Maltaya qaçırılıb. Bu barədə Sputnik Milliyet-ə istinadən məlumat verir.
Terrorçunun əlində qumbara olduğu bildirilir və o, təyyarəni partlatmaqla hədələyir. Tələblər barədə məlumat verilmir. Hava limanından çəkilən şəkilllərdə xüsusi təyinatlıların orada olduğu görünür.
Təyyarə Liviyanın Sebha şəhərindən Tripoliyə uçurmuş. Pilotlar terrorçuya Liviya ərazisində təyyarəni yerə endirməyi təklif etsələr də, təklif rədd olunub.