Kiprdə tarixi görüş keçirilib

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidГорода мира. Никосия
Города мира. Никосия - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş BMT Baş katibinin Kipr məsələsi üzrə xüsusi nümayəndəsi Espen Bars Eydenin ev sahibliyində keçirilib.

BAKI, 23 dek – Sputnik. Şimali Kipr Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə Rum icmasının lideri Nikos Anastasiadis BMT-nin nəzarətindəki ara bölgədə bir araya gəlib. Sputnik bu barədə Kipr mətbuatına istinadən bildirir.

Görüş BMT Baş katibinin Kipr məsələsi üzrə xüsusi nümayəndəsi Espen Bars Eydenin ev sahibliyində keçirilib.

Mustafa Akıncı görüşdən sonra verdiyi açıqlamada deyib ki, Kiprdə ehtimal olunan həlldən sonra adanın ətrafındakı təbii sərvətlərin İsrailin təbii qazı ilə də birləşdirilərək Türkiyə üzərindən Avropaya nəqli ən məntiqli, ən ucuz və ən qısa yoldur.

Aralıq dənizindəki təbii qaz sərvətlərinin sadəcə bir icmaya aid olmayan, ortaq sərvət olduğuna diqqət çəkən Akıncı bildirib ki, bu məsələ gərginlik mənbəyi olmamalıdır: “Əksinə, mən bu məsələnin əməkdaşlığın bir növü kimi istifadə edilə biləcəyinə inanıram. Yaxın tarixdə hər hansı qazıntı fəaliyyətinin olmasını gözləmirəm. Qarşıda ciddi bir konfrans prosesi var. Bu məsələnin belə bir zamanda problem yaratmasını gözləmirik”.


Xəbər lenti
0