BAKI, 23 dek — Sputnik. İŞİD terror qruplaşması bir neçə həftə əvvəl girov götürdüyü 2 türk əsgərini diri-diri yandıraraq, videogörüntünü internetdə paylaşıb.
Sputnik Türkiyə KİV-nə istinadən məlumat verir ki, hökumət bütün sosial şəbəkələrdə, o cümlədən televiziya və internet mediada həmin videogörüntünün yayımının qarşısını alıb. Qeyd edək ki, oxşar məhdudiyyət Ankarada Rusiya səfiri Andrey Karlovun öldürülməsindən sonra da tətbiq edilmişdi.
Xəbərdə, ötən il ələ keçirilmiş 2 əsgərin Suriyanın Əl-Bab şəhərində edam edildikləri bildirilir. Qeyd edək ki, hazırda bu yaşayış məntəqəsi uğrunda döyüşlər gedir. Türk ordu rəhbərliyi çoxlu sayda İŞİD terrorçusunun məhv edildiyini açıqlayıb.