Gələn il haqda pozitiv proqnoz vermək mümkün deyil

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Osmanlı: Tikinti sektorunun payında azalma müşahidə olunur

Ekspert: İş yerlərinin və əməkhaqqı göstəricilərinin azalması özünü ÜDM-da əks etdirir
2016-cı ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54433,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz az ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalması olub.

“Əmlak Ekspert Mərkəzi”nin direktoru Ramil Osmanlı deyir ki, son illərdə, xüsusilə son üç ildə tikinti sektorunun payında azalma müşahidə olunur: “Bu, bütovlükdə yerli iqtisadiyyatda baş verən mövcud tendensiya ilə əlaqəli olan bir məsələdir. Növbəti il üçün də müsbət hər-hansı bir artım və ya dəyişikliyin müşahidə olunacağını düşünmürəm”.

“Tikinti sektorunda iş yerlərinin sayı və əməkhaqqı göstəriciləri azalıb ki, bu da özünü ÜDM-da əks etdirir. Bu proseslərin müsbət yöndə dəyişməsi üçün isə Azərbaycanın makro-iqtisadi vəziyyətinin dəyişməsi şərtdir. Buna görə də, gələn il haqda konkret pozitiv proqnozlar vermək mümkün deyil”, — deyə o bildirib.

Xəbər lenti
0