Məşhur müğənni boşanmaqdan imtina etdi

© AP Photo / Depo PhotosEbru Gündeş - Rza Zərrab
Ebru Gündeş - Rza Zərrab - Sputnik Azərbaycan
Abunə olmaq
Ebru Gündəş məhkəməyə boşanmaq üçün ərizə yazsa da, bu işin arxasınca sonadək getməyib.

BAKI, 23 dek – Sputnik. Türkiyəli məşhur müğənni Ebru Gündeş 6 illik həyat yoldaşı, hazırda ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Reza Zərrabla boşanmaqdan imtina edib. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, müğənni bu barədə WhatsApp profilinə yazıb. 

Reza ilə olan şəklini öz profilinə yükləyən Ebru Gündeş “hər şeyi zamana buraxdıq” deyə yazı qeyd edib.

Xatırladaq ki, Reza Zərrab bu ilin mart ayında Amerikada həbs olunduqdan 6 ay sonra, yəni sentyabrda Ebru Gündeş onunla boşanmaq haqda məhkəməyə müraciət etmişdi. Müğənni məhkəməyə ərizə yazsa da, bu işin arxasınca sonadək getməyib. 

Xəbər lenti
0