Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kimin nə qədər pulu varsa, ortaya çıxarsın...

© Sputnik / Murad OrujovABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər ölkədə maliyyə amnistiyası elan edilməsi təklifini dəstəkləyirlər

BAKI, 23 dek — Sputnik. Vergi amnistiyası, bir sıra ölkələrdə olduğu kimi maliyyə amnistiyası ilə tamamlanmalıdır. Əgər maliyyə amnistiyası ilə tamamlansa, burada xeyli dərəcədə əlavə imkanlar yaranacaq. Xüsusən indiki vaxtda iqtisadiyyata maliyyə vəsaiti qoymaq nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Xəbər verdiyimiz kimi, bunu millət vəkili Əli Məsimli, dekabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. O, ölkədə maliyyə amnistiyasının elan olunmasını vacib hesab edib.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında, deputatın təklifini belə dəyərləndirib: "Buna "maliyyə amnistiyası" da deyirlər, "kapitalların amnistiyası" da. Gizli deyil ki, Azərbaycanda xeyli şəxslərin varidatı əyri yollarla əldə edilib. Yəni, korrupsiya, oğurluq və s. Bütün cəmiyyətlərdə və bizim indi inkişaf etmiş hesab etdiyimiz Qərbdə də ilkin kapital, adətən əyri yollarla əldə edilir. Yəni, ilkin deyəndə söhbət, məhz böyük, iri kapitallardan gedir".

"Amma o kapitalı əldə edən şəxsdə əminlik hissi yoxdur ki, sabah onun əlindən almayacaqlar. Əminlik hissi olmadığı üçün kapitalını üzə çıxarmır, vergisini vermir və s. Yəni, ümumi maliyyə amnistiyasi, kapital amnistiyası odur ki, dövlət elan edir ki, "kimin nə əmlakı, pulu və s. varsa, gətirib üzə çıxartsın, qeydiyyatdan keçirsin, biz soruşmayacağıq ki, bunu haradan, necə əldə edib". Amma bundan vergi verəcək, iqtisadiyyatda istifadə edəcək və bundan sonra şəffaf olacaq. Bundan sonra kimsə cinayətlər etsə, məsuliyyətə cəlb ediləcək. Bu da bütövlükdə, iqtisadiyyatın sağlamlaşdırılmasına aparır", — Həsənov bildirib.

"Yəni, bütün aktivlər üzə çıxır və iqtisadiyyata xeyir verir. Bu gün xeyli insan varidatını gizlədir. Çünki, oğurluq, korrupsiya ilə əldə edilib və onu dövriyyəyə buraxmır. Bununla da iqtisadiyyata ziyan vurur", — o, əlavə edib.

© Sputnik / Murad OrujovRegional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov
Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov - Sputnik Azərbaycan
Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov

Ekspert millət vəkilinin bu təklifini dəstəkləyir: "Yəni, maliyyə amnistiyası elan olunmalıdır. Kimin nə əmlakı varsa, üzə çıxartsın, qeydiyyatdan keçirsin və bunun haradan əldə edildiyi soruşulmayacaq. Təki iqtisadiyyatımız inkişaf etsin".

İqtisadçı-ekspert Çingiz İsmayılov isə Sputnik-ə açıqlamasında, məsələyə fərqli yöndən yanaşıb: "Bizdə bununla bağlı deklarasiya yoxdur. Gətirib 100 milyon qoyanda, səndən soruşmurlar ki, "bu, haradandır". Bizdə elə qanun yoxdur. Qanun olsa, hamı deklarasiya etməlidir".

"Sahibkar öz cibindən 100 milyon sərmayə qoyur və ondan heç kim soruşmur ki, "bu, haradandır". Yəni, qanun yoxdur. Qanun olmalıdır. Belə ki, gəlir mənbələrini açıqlamalısan. Bu da deklarasiyadır. Yəni, hər bir sahibkarın, məmurun deklarasiyası olmalıdır", — iqtisadçı bildirib.

Onun sözlərinə görə, ölkədən kənara dollarla pul köçürmələri etmisənsə və o pullar qeyri-qanuni yollarla qazanılıbsa, həmin pulları xaricdə sərmayə kimi yatıra bilmirsən: "Çünki, həmin ölkələrin qanunvericiliyi o pulların mənbəyini soruşur. Amma maliyyə amnistiyası elan olunanda, həmin pulların qaynağını soruşmurlar".

"Əgər millət vəkili bunu nəzərdə tutursa, təkrar edirəm ki, bizdə deklarasiya qanunvericiliyi mövcud deyil. Yəni, indinin özündə mən ortaya 5 milyon dollar çıxarsam, kimsə onu haradan əldə etdiyimiz soruşmayacaq", — İsmayılov vurğulayıb.

Xəbər lenti
0