CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Nəqliyyat Agentliyi taksilərə ciddi nəzarət etməlidir

© Photo : Bakı Nəqliyyat Agentliyi / FacebookBakı Nəqliyyat Agentliyi paytaxtda minik avtomobili ilə taksi xidməti göstərən şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb
Bakı Nəqliyyat Agentliyi paytaxtda minik avtomobili ilə taksi xidməti göstərən şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Allahverənov: Başqa bir qurumun bu məsələyə nəzarət etməsinə ehtiyac yoxdur

BAKI, 23 dek — Sputnik. Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili faəliyyət göstərir. Bu sahədə aparılan işlər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb.

Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov deyir ki, taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün Bakı Nəqliyyat Agentliyi nəzarət siyasətini tətbiq etməlidir: “Başqa bir qurumun bu məsələyə nəzarət etməsinə ehtiyyac yoxdur, çünki cavabdeh qurum məhz Bakı Nəqliyyat Agentliyidir. Digər tərəfdən, Bakı Nəqliyyat Agentliyi taksiçilik fəaliyyəti ilə məşğul olan şirkətlərə lisenziyaları da verir ki, onlar taksilər vasitəsilə sərnişin daşıma xidmətini həyata keçirə bilsinlər. Həmin qurum lisenziya ilə təmin etdiyi üçün nəzarət mexanizmi də bunun əlində olmalıdır”.

“Monitoriq keçirən digər ictimai təşkilatlar da ola bilər. Onlar müəyyən nəticə əldə edib Bakı Nəqliyyat Agentliyinə təqdim edə bilərlər ki, nəzarət mexanizmi tətbiq olunan zaman həmin rəy nəzərə alınsın. Agentlik də eyni zamanda xidmət keyfiyyətini nəzarətdə saxlamalıdır”, — deyə o bildirib.

Xəbər lenti
0