Arzu Nağıyev: Rusiyanın tam nüfuz sahibi olduğunu demək olmaz
Politoloq Arzu Nağıyev deyir ki, hazırda regionda vəziyyətin bu cür olmasının səbəb və məqsədləri var: “Rusiyanın bu gün regionda tam nüfuz sahibi olduğunu və ümumiyyətlə hər şeyə nəzarət etdiyini də demək olmaz. Çünki Rusiyanın atdığı hər bir addıma qarşı adekvat olaraq Avropa, Qərb və digər dövlətlər də öz addımlarını atırlar. Danmaq olmaz ki, Rusiya bütün münaqişələrin həllində özəl rol oynamağa çalışır və bunda da onun öz maraqları var”.
“Bizim regionda elə bir münaqişə yoxdur ki, SSRİ-in varisi olan Rusiyanın orada özəl iştirakı olmasın. Yaxın Şərq məsələsində də Rusiyanın iştirakı danılmazdır”, — deyə o bildirib.