CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç yaşlı uşaq evdə yanaraq öldü

© Photo : berkemeyer/pixabayПламя. Архивное фото
Пламя. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Balakən şəhəri Daanov küçəsində Səltənət Məhəmməd qızı Məmmədova məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

BAKI, 23 dek — Sputnik. Balakəndə fərdi yaşayış evi yanıb, 3 yaşlı uşaq yanaraq ölüb.

APA-nın məlumatına görə, bu gün axşam saat 19:20 radələrində Balakən şəhəri Daanov küçəsində Səltənət Məhəmməd qızı Məmmədova məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsindən evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Yanğın kəşfiyyatı zamanı 3 yaşlı Ramal Amil oğlu Alagözovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən yanmış evdə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0