CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kapitalizmdən bixəbər kənd: burada varlı ilə kasıb bir-birindən seçilmir

Abunə olmaq
Bu kəndin qızları başqa millətlərin nümayəndələri ilə ailə həyatı qurmurlar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 dek — Sputnik. İvanovka — bu kənd çoxlarına Sovet dövrünü xatırladır. İsmayıllı rayonunun bu kəndinin əsrlərdir davam edən özünəməxsus adət-ənənələri, insanların yaşam tərzi, onu Azərbaycanın digər kəndlərindən fərqləndirir.

Qax rayonunun Sarıbaş kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi

İvanovkanın arxitekturası da heyrətamizdir. Yol boyu evlər, sanki xətkeşlə çəkilmiş kimi simmetrik və səliqəlidir. Sputnik-ə danışan kənd sakini Mixail Jabin deyir ki, burada fəhlənin də, sürücünün də, kolxoz sədrinin də evi bir-birindən fərqlənmir: "Gördüyünüz tək-tük dəbdəbəli evlər imkanlı paytaxt sakinlərinə məxsusdur. Bakıdan gəlib İvanovkada yer alıb, ev tikiblər".

"İvanovkada hazırda ruslarla yanaşı, ləzgilər, qazaxlar və qismən də azərbaycanlılar yaşayırlar. Ayrı-ayrı millətlərin nümayəndələri bir kənddə yaşasalar da, milli-mənəvi dəyərlərinə görə xeyli fərqlənirlər. Burada insanlar ailə dəyərlərinə daha çox önəm verirlər. Demək olar ki, çox nadir hallarda rus qızları başqa millətlərin nümayəndələri ilə ailə həyatı qururlar", — sakin bildirir.

Dediyinə görə, ivanovkalılar dünyagörüşü baxımından heç də paytaxt sakinlərindən seçilmirlər: "İvanovka rusları dəbdəbədən uzaqdırlar. Onlar ata-babalarının əsrlər əvvəl qoyduğu milli ənənələrini qoruyub saxlamağı özlərinə borc bilirlər".

İvanovkada evlərin tikilişindən tutmuş, insanların dünyagörüşünə, qonaqlara davranışına kimi hər şey tam fərqlidir. Bu mənzərənin canlı şahidi olarkən təəccüb içində idim. Sanki Azərbaycanda deyil, hansısa sivil Avropa ölkəsindəydim. Yol kənarında səliqə ilə tikilən balaca, səliqəli evlər, təmiz küçələr, sözün əsl mənasında bizi valeh etmişdi. Kənd deyəndə — palçıq, toz-torpaq, yolun ortasında mələyən qoyun-quzu gözümüzün önündə canlansa da, İvanovkada bunları görmədim. Habelə, İvanovkanın təbiəti kimi insanları da soyuqdur desəm, yanılmaram.

Mixail Jabin İvanovkanın tarixi haqqında da danışdı: "İvanovkanın tarixi zəngindir. Kəndin əsası 1847-ci ildə çar Rusiyası dövründə, Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Kəndin adı, onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə İvanovka adlandırılıb. Burada, orta hesabla 3 mindən çox insan yaşayır. İvanovkalılar daha çox üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Bu kəndin çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex və park fəaliyyət göstərir".

Qeyd edək ki, 1996-cı ildə torpaq islahatı həyata keçirilən zaman kolxozda işləyənlər birgə qərar veriblər ki, kolxoz dağılmasın. Burada yaşayan ruslar, ləzgilər birgə təsərrüfatçılıq sistemi daxilində fəaliyyət göstərməyin tərəfdarı olduqlarını deyiblər. Kolxoza, həmin təsərrüfata 41 il rəhbərlik etmiş Nikolay Vasilyeviç Nikitinin adı verilib.

© Sputnik / Shahperi Abbasovaİsmayıllı rayonunun İvanovka kəndi.
İsmayıllı rayonunun İvanovka kəndi - Sputnik Azərbaycan
1/18
İsmayıllı rayonunun İvanovka kəndi.

2/18

3/18

4/18

5/18

6/18

7/18

8/18

9/18

10/18

11/18

12/18

13/18

14/18

15/18

16/18

17/18

18/18
İsmayıllı rayonunun İvanovka kəndi.
Xəbər lenti
0