Azərbaycan Prezidenti xarici dövlət rəhbərlərindən təbriklər alır

Abunə olmaq
Artıq bir sıra dövlət başçıları İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

BAKI, 22 dek — Sputnik. Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Sputnik xəbər verir ki, bununla əlaqədar, artıq bir sıra xarici dövlətlərin rəhbərlərindən təbrik məktubları gəlir.

Bu gün Çin Xalq Respublikasının sədri Si Cinpin, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə doğum günü təbriki ünvanlayıb, dövlətimizin başçısına uzun ömür, can sağlığı və fəaliyyətinə uğurlar arzulayıblar.

Xəbər lenti
0