Dünyanın ən böyük səhrasına qar yağıb

© Photo : KARIM BOUCHETATA/GEOFF ROBINSON PHOTOGRAPHY Şimali Afrikada yerləşən və dünyanın ən geniş səhrası olan Böyük Səhra
Şimali Afrikada yerləşən və dünyanın ən geniş səhrası olan Böyük Səhra - Sputnik Azərbaycan
Abunə olmaq
Ərəb fotoqrafın çəkdiyi şəkillər dünya mediasında da maraqla qarşılanıb

BAKI, 22 dek — Sputnik. Şimali Afrikada yerləşən və dünyanın ən geniş səhrası olan Böyük Səhrada 37 ildən sonra ilk dəfə qar yağıb. Sputnik Telegraph-a istinadən xəbər verir ki, bölgəyə nadir hallarda yağan qarı, məşhur Atlas dağının ətəklərində görmək mümkün olub.

Əlcəzairin ucqar kəndi olan Ayn Səfrada yaşayan həvəskar fotoqraf Karim Buçeta, Böyük Səhrada yağan qarın möhtəşəm şəkillərini çəkə bilib. Ərəb fotoqrafın çəkdiyi şəkillər dünya mediasında da maraqla qarşılanıb.

Qeyd edək ki, həmin şəkillərdə narıncı təpələrin ağ örpəyə bürünməsi əks olunub.

Xəbər lenti
0