BAKI, 22 dek — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə, İtaliyada (79%), Fransada (67%) və Böyük Britaniyada (53%) əhalinin çox hissəsinin fikrincə, ölkələrində miqrantlarla bağlı vəziyyət son bir ildə daha da pisləşib. Almaniya və İspaniyada narazı olanlar 45%, Polşada isə, ən az 35% təşkil edib.
Miqrantlarla bağlı vəziyyətin müsbətə doğru dəyişməsini almaniyalılarının, yalnız 16, Fransa, İspaniya və Böyük Britaniya əhalisinin 7, Polşa əhalisinin 6, italiyalıların isə cəmi 2%-i düşünür.
Narazı olanlar, əsasən 35 yaşdan yuxarı insanlar və sağ təmayüllü partiyaların tərəfdarlarıdır. Polşa və Almaniya burada istisna təşkil edir. Birinci ölkədə müxtəlif siyasi baxışların tərəfdarları, ikincisində isə ayrı-ayrı yaş qruplarından olanların cavabları arasında elə də böyük fərq yoxdur.
ABŞ-da miqrantlarla bağlı vəziyyətin pisləşdiyini əhalinin 38%-i qeyd edib. Bu ölkədə məsələ ilə bağlı müsbət dəyişikliklərin olduğunu 19%, heç bir dəyişiklik olmadığını 33% əhali düşünür.
Sorğu Fransanın IFop şirkəti tərəfindən 2016-cı ilin 22-26 oktyabr tarixlərində keçirilib. Sorğuda Fransada, Almaniyada, İtaliyada İspaniyada, Polşada, Böyük Britaniyada və ABŞ-da 18 yaşından yuxarı 7043 respondent iştirak edib. Ölkə üzrə maksimal səhv göstəricisi +/- 3,1% təşkil edir. Sorğu Ifop şirkəti tərəfindən Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə həyata keçirilib.
Sputnik.Rəy layihəsi haqqında
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.
Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.