BAKI, 22 dek — Sputnik. Ötən il dünyasını dəyişən məşhur türk aktyor və teatr oyunçusu Levent Kırcanın 4 övladı da atalarının mirasından imtina edib. Sputnik bu barədə Milliyet-ə istinadən xəbər verir.
Aktyorun həyat yoldaşı Oya Başardan olan iki uşağından sonra, ilk həyat yoldaşı Nur Dinerdən olan iki uşağı da L.Kırcanın mirasını rədd edib. Övladlar atalarından qalan sərvəti istəmədikləri ilə bağlı İstanbul Hüquq Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların istəyini təmin edib.