BAKI, 22 dek — Sputnik. Türk ordusunun Suriyanın şimalında davam etdirdiyi "Fərat qalxanı" əməliyyatının 121-ci günündə şəhid olan əsgərlərin sayı 16-ya çatıb.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık bildirib.
Nazirin sözlərinə görə, əməliyyat başlayandan indiyədək Suriyada 2 min kv. km-ə yaxın ərazi terrorçulardan təmizlənib. 225 yaşayış məntəqəsi isə İŞİD qruplaşmasından azad edilib.