Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Beyninizi gücləndirmək istəyirsinizsə, bunları yeyin

© pixabay / tookapicBrokkoli və yumurta
Brokkoli və yumurta - Sputnik Azərbaycan
Abunə olmaq
Lütein zehni gücləndirməyə, yaddaşı, diqqəti və təfəkkürü yaxşılaşdırmağa kömək edir.

BAKI, 22 dek — Sputnik. İllinoys Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, insanda həyatı böyu əldə etdiyi bilik və bacarıqların qocalığa qədər saxlanılması orqanizmdə olan bir maddənin səviyyəsi ilə sıx bağlıdır. Sputnik bu barədə saglamolun.az-a istinadən məlumat verir.

Bu maddə lüteindir. Lütein zehni gücləndirməyə, yaddaşı, diqqəti və təfəkkürü yaxşılaşdırmağa kömək edir.
The Daily Mail xəbər verir ki, alimlərin fikirinə görə, lütein beyində iltihabı azaldır və bu da zehinin gücləndirməsinə yardım edir.

Alimlər zehini qorumaq üçün qidalanmaya lüteinlə zəngin olan qidaları tez-tez daxil etməyi tövsiyə edirlər. Bu maddə brokkoli kələmi, ispanaq və yumurta sarısında xüsusilə çoxdur.

Xəbər lenti
0