Emin Musəvi: İl ərzində kifayət qədər işlər görülüb
“ASAN Radio”nun direktoru Emin Musəvi Sputnik-ə bildirib ki, dekabrın 24-ü dövlət başçısı İlham Əliyevin tapşırığı ilə yaradılan radionun bir yaşı tamam olur:
“Ümumrespublika səviyyəsində FM dalğasında 13 radio stansiya fəaliyyət göstərir və onlardan biri də “ASAN Radio”dur. “ASAN Radio” ən gənc və yeni radiodur. Buna baxmayaraq, bu müddət ərzində kifayət qədər işlər görülüb. “ASAN Radio” ASAN Xidmət mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır və vətəndaşlarla bu qurumların arasındakı əlaqəni möhkəmləndirir. Əsas missiyamız maarifləndirməkdir, prioritet isə dövlət xidmətləri sahəsidir. Bununla yanaşı, müxtəlif istiqamətlərdə — sosial, elm, idman, mədəniyyət və digər sahələrdə maraqlı və dinləyicilər üçün faydalı olan verilişlər hazırlanır”.