Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin təcili göstəriş verdi

© REUTERS / Alexander Zemlianichenko/PoolVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Son hadisələrdə yüzdən artıq insan zərər görüb, ölənlərin sayı 60-ı keçib

BAKI, 21 dek — Sputnik. Rusiya prezidenti Vladimir Putin, tərkibində spirt olan məhsulların istehsalı və dövriyyəsi qaydalarını sərtləşdirmək barədə göstəriş verib. Sputnik xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Boyarışnik (Yemişan) cövhəri - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bakı apteklərində də satılan məhlul 26 nəfərin həyatına son qoydu

Prezident hökumətə, 2017-ci ilin 31 martınadək surroqat alkoqola olan tələbatı azaltmaq məqsədilə, tərkibində spirt olan məhsulların aksiz dərəcələrinin azaldılması üzrə təkliflər hazırlamağı tapşırıb. Həmçinin, Nazirlər Kabinetinə bu tipli məhsulların istehsalı və dövriyyəsi sahəsində qanun pozuntularına görə məsuliyyəti sərtləşdirməyi tapşırıb.

Bundan əlavə, Putin Rusiya ərazisində istehsal olunan və satılan spirt tərkibli məhsulların üzərinə müvafiq əmtəə nişanlarının yapışdırılması barədə tapşırıq verib.

Qeyd edək ki, ötən bazar günü İrkutskda, tərkibində spirt olan saxta "Boyarışnik" (Yemişan) vasitəsindən kütləvi zəhərlənmə baş verib. Vilayətin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəhərlənmədən 61 nəfər ölüb, yüzdən artıq adam isə zərər çəkib.

Hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi qaldırıb və 11 nəfər saxlanılıb. Bu məhsulların saxlanıldığı anbar aşkarlanıb, həmçinin şəhərdə 12 ton qaçaq yolla əldə edilmiş alkoqol zərərsizləşdirilib.

Araşdırma zamanı müəyyən edilib ki, kütləvi zəhərlənməyə səbəb olan "Boyarışnik" cövhərinin tərkibində etil spirti əvəzinə metanol var. Dünən axşam İrkutskda bu hadisə ilə əlaqədar İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkinin sədrliyi ilə iclas keçirilib.

Xəbər lenti
0