Holland məhkəməsinin biabırçılığı

© Sputnik / Aleksandr AstafyevДиректор Восточно-Крымского историко-культурного музея-заповедника Татьяна Умрихина
Директор Восточно-Крымского историко-культурного музея-заповедника Татьяна Умрихина - Sputnik Azərbaycan
Abunə olmaq
Amsterdam məhkəməsi dörd Krım Muzeyinin 2014-cü ildə Allard Pirson arxeolojı muzeyinə sərgiyə göndərdikləri unikal skif qızılı kolleksiyasını Ukrayna hakimiyyətinə vermək haqqında qərar qəbul edib.

Tatyana Umrixina: Mədəniyyət fövqəlmilli anlayışdır
Məhkəmənin qərarı tarixçilər, muzey işçiləri və ekspertlər arasında narazılığa səbəb olub.

Şərqi Krım Tarix və Mədəniyyət muzeyinin icraçı direktoru Tatyana Umrixina Radio Sputnikə deyir ki, hakimlərdə siyasət anlayışı sağlam düşüncəni üstələyib: “Bu, tamamilə haqsız və siyasiləşmiş qərardır. Hakimlərdə siyasət anlayışı sağlam düşüncəni, muzeylərarası təcrübəni və dünyada mövcud olan hüquqi sahəni üstələyib. Burada yeganə pozitiv hal odur ki, qərarın dərhal icra olunması tələb olunmur. İcra prosesinə apellyasiya məhkəməsindən sonra baxılacaq”.

“Biz apellyasiya məhkəməsinə müraciət edərək sənədləri toplayacağıq. Çalışacağıq ki, həqiqətin bizim tərəfimizdə olduğunu sübut edək. Bu, Holland məhkəməsi üçün, muzey üçün və ümumiyyətlə Hollandiya ölkəsi üçün biyabırçılıqdır. Mən hesab edirəm ki, mədəniyyət kimi anlayışlar siyasətə qulluq etməli deyillər. Mədəniyyət siyasətdən kənar, fövqəlmilli bir anlayışdır. Bizim məqsədimiz bütün bunları gələcək və tarix üçün saxlamaqdır. Bu anlayışların dövlət sərhədləri də olmur. Ona görə də, bu qərar heç bir muzey və ictimaiyyət tərəfindən yaxşı qarşılanmayacaq”, — deyə o bildirib. 

Xəbər lenti
0