Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan XİN: "Günahkarların öz layiqli cəzalarını alacaqlarına əminik"

© APAAzərbaycan XİN
Azərbaycan XİN - Sputnik Azərbaycan
Abunə olmaq
XİN bəyanat yaydı: "İnanırıq ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək"

BAKI, 20 dek — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) dünən gecə Ankarada Rusiya səfirinin öldürülməsi ilə bəyanat yayıb. XİN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bəyanatda deyilir:

Səfiri öldürən şəxs - Sputnik Azərbaycan
RUSİYA
Rusiya bu dəhşətli terroru cavabsız qoymayacaq

"Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyirik. Bu faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və Rusiya Xarici İşlər Nazirliyindəki bütün həmkarlarımıza dərin hüznlə baş sağlığı veririk. Bu terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminliyimizi bildiririk.

Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Heç bir halda terrorizmə bəraət qazandırıla bilməz".

İsmayıl Qəhrəman - TBMM-in sədri - Sputnik Azərbaycan
"Təxribatdır, oyuna getməməliyik"

Xatırladaq ki, ötən gün, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı basqına məruz qalıb. Hadisə Ankarada müasir sənətlər mərkəzindəki bir rəsm sərgisinin açılışında baş verib. Hadisəni törədən şəxs atəş açmadan öncə, uca səslə "Hələbdə baş verənlərin intiqamını alacağıq" deyə qışqırıb və ardından səfirə atəş açmağa başlayıb. O, türkcə danışırmış.

25 yaşlarında olan naməlum şəxs polis vəsiqəsi ilə zala daxil olduqdan sonra, səfirin üz nahiyəsinə 3-4 dəfə atəş açıb. Ağır yaralı olan səfir təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, silahlı hücumu Türkiyənin Aydın vilayətindən olan 1994-cü il təvəllüdlü, Ankara Cevik Polis Alayında xidmət edən Mövlud Mətin Altıntaş törədib. Çevik polisin müdaxiləsi nəticəsində səfiri vuran şəxs öldürülüb.
Xəbər lenti
0