BAKI, 20 dek — Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman, Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi hadisəsinə münasibət bildirib. Sputnik Anadolu Agentliyinə istinadən xəbər verir ki, Qəhrəman bu hücumun əsas hədəfinin iki ölkə arasındakı əlaqələri korlamaq olduğunu deyib.
"Çox böyük bir təxribat olduğunu düşünürəm. Bu hadisənin keçən ilki təyyarə böhranı ilə oxşarlıq təşkil etdiyi açıq-aşkar ortadadır. İnanıram ki, hər iki dövlət sağlam düşünərək, qaranlıq qüvvələrin arzusunu gözündə qoyacaq", — İsmayıl Qəhrəman bildirib.