Ukrayna azərbaycanlıları böyük özbaşınalıqla üz-üzə qalıblar

© Sputnik / Aleksandr Maksimenko / Mediabanka keçid"Azov" hərbi birləşməsi
Azov hərbi birləşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Soydaşlarımız "Azov" batalyonunun özbaşınalığına dözmək niyyətində deyillər

BAKI, 20 dek — Sputnik. Ukrayna Milli Qvardiyasının (UMQ) xüsusi təyinatlı "Azov" hərbi birləşməsinin əlindən cana doymuş azərbaycanlılar, nəinki prokurorluğa, eyni zamanda prezident Pyotr Poroşenkoya müraciət etmək qərarına gəliblər. Xarkov şəhərində azərbaycanlı sahibkarların üzləşdikləri təzyiqlərlə bağlı Sputnik-ə açıqlama verən, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev belə deyib.

© Photo : REPORTUkrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev - Sputnik Azərbaycan
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev

Konqresimizin Xarkovdakı səbri Qurban Abbasovun verdiyi məlumata görə, xoşagəlməz hadisə dekabrın 15-də baş verib. Hərbçilər azərbaycanlılara məxsus Yeni İl yolkalarının satış mərkəzini dağıdıblar", — Tağıyev bildirib.

Onun sözlərinə görə, yolka satmaq üçün sahibkarların lisenziyası ilə yanaşı, bütün sənədləri də qaydasında olub. Buna baxmayaraq, hərbiçilər onları təhqir edib, yolkalarını əllərindən alıb küçədən keçənlərə paylayıblar.

Xüsusi təyinatlılar onlara hədə-qorxu gəliblər ki, bir daha Xarkovda sahibkarlıqla məşğul olmasınlar. Bu özbaşınalıqla bağlı azərbaycanlılar hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Xəbər lenti
0