Epilepsiyası tutdu, maşını ağaca çırpdı

© Photo : REPORTAğır yol qəzası. Arxiv şəkil
Ağır yol qəzası. Arxiv şəkil - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Qazax magistral yolunda xəstəliyi tutan sürücü qəza törədib

BAKI, 20 dek — Sputnik. Bakı-Qazax magistral yolunda qəza baş verib. Qəzada sürücü xəsarət alıb. 

Sputnik APA-ya istinadla xəbər verir ki, Şəmkir rayon Yeniabad kənd sakini, 1999-cu il təvəllüdlü  Qədirov Sübhan “VAZ 2106” markalı avtomobili idarə edərkən Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Kür qəsəbəsinə dönən hissəsində ağaca çırpılıb. Məlumata görə, S.Qədirov epilepsiya xəstəsidir və qəzaya səbəb onun xəstəliyinin tutması olub. 

Qədirov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə köçürülüb. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0