BAKI, 20 dek — Sputnik. ABŞ-ın Pensilvaniya ştatında yaşayan və Türkiyədəki 15 iyul çevrilişinə cəhddə şübhəli bilinən Fətullah Gülən, Rusiya səfiri Andrey Karlovun Ankarada sui-qəsdlə öldürülməsi hadisəsində əli olmadığını söyləyib. Sputnik Reuters-ə istinadən xəbər verir ki, Gülən müavini vasitəsilə mətbuata açıqlama verib.
O, özü haqqındakı iddiaları rədd edərək, bunu gülünc adlandırıb: "Bütün bu olanlar, zəif təhlükəsizlik tədbirlərini ört-basdır etmək üçün ortalığa atılan gülünc iddialardır".