MDB-nin 25 illik yubileyinin yekunlarını, Birliyin iqtisadi, siyasi, sosial və humanitar sahələrdə əldə etdiyi nailiyyətləri beynəlxalq videokörpünün iştirakçıları müzakirə edəcəklər. 21 dekabr saat 14:00-da "Müstəqil Dövlətlər Birliyinin 25 ili: itkilərə və qazanca yol" mövzusunda Moskva-Astana-Bakı-Bişkek-Yerevan-Kişinyov-Minsk videokörpüsü olacaq.
21 dekabr 1991-ci ildə Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan Alma-Atada Müstəqil Dövlətlər Birliyinə qoşulmaq barədə bəyannaməni imzalayıblar. 1993-cü ilin dekabrında Gürcüstan da MDB-yə qoşulub, lakin 2008-ci ildə qurumu tərk edib.
MDB və onun üzvləri 25 illik yubileyə hansı nəticələrlə gəlib çıxıblar, iqtisadi, siyasi, sosial və humanitar sahələrdə hansı nailiyyətlər əldə ediblər, əsrin dörddə birində hansı layihələr və təşəbbüslər həyata keçirilib, hansıları kağız üzərində qalıb, ötən illər ərzində post-sovet ölkələrinin hansı itkiləri olub? Tədbir iştirakçıları bu suallara cavab verəcəklər.
İştirakçılar
Moskvada:
— Federasiya Şurası Komitəsi sədrinin beynəlxalq məsələlər üzrə birinci müavini Vladimir Cabarov;
— MDB-nin İcraiyyə Komitəsinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Andrey Kuşnirenko;
— MDB-nin İqtisadi İnkişaf İş Mərkəzinin baş direktoru Vladimir Savçenko.
Astanada:
— Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Vladislav Kosarev
Bakıda:
— Azərbaycan Respublikası prezidentinin mətbuat xidmətinin sabiq əməkdaşı, politoloq Rasim Ağayev
Bişkekdə:
— Qırğızıstan Respublikası Ali Sovetinin sədri Medetxan Şerimkulov
Kişinyovda:
— Moldova Respublikası Parlamentinin deputatı, Moldovanın Rusiyadakı sabiq səfiri Andrey Nequtsa.
Minskdə:
— Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının beynəlxalq məsələlər üzrə komissiyasının sədri Valeri Voronetski.
Yerevanda:
— Ermənistan Milli Məclisinin deputatı, Ermənistan Respublika Partiyasından olan fraksiya üzvü Ayk Babuxanyan.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.