BAKI, 20 dek — Sputnik. İnsanın ən həssas iki orqanından biri sayılan ağciyər daimi diqqət və qayğı tələb edir. Bu orqanın qeydinə ona görə qalmalıyıq ki, aldığımız nəfəs birbaşa ağciyərlərimizin sağlamlığından asılıdır.
Aydın məsələdir ki, yer üzündə milyonlarla insan siqaret və içki aludəçisidir. Bu iki vərdiş ağciyərin ən birinci düşməni hesab edilir. Həm siqaret, həm də içki bu orqanın fəaliyyətini illər keçdikcə zəiflədir, daha sonra isə birdəfəlik sıradan çıxarır. Nəticədə insanda qorxunc və müalicəsi mümkün olmayan xərçəng xəstəliyi yaranır.
Ona görə də, istər pis vərdişləri olan, istərsə də olmayan bütün insanlar ağciyərlərinə daimi diqqət etməlidir. Bu orqanı sağlam saxlamağın ən yaxşı yolu isə indi sizə təqdim edəcəyimiz təbii üsulda gizlidir.
Ağciyərlərimizi zəncəfil, zərdəçal, keçibuynuzu, su və limonla təmizləməyiniz artıq mümkündür. Bu qidalar, eyni zamanda bəlğəm probleminin həllinə, immunitet sisteminin güclənməsinə müsbət təsir edir.
Sputnik Milliyet-ə istinadən təbii məhsullardan hazırlanan Ağciyər təmizləmə reseptini təqdim edir:
- Yarım çay qaşığı zəncəfil tozu
- Yarım çay qaşığı keçibuynuzu özü
- Yarım çay qaşığı zərdəçal tozu
- 1 dilim limon
- 1 stəkan isti su
Bütün bu sadaladıqlarımızı bir stəkan isti suda qarışdırın. Dəmlənməsi üçün stəkanın ağzını bağlayın və 5 dəqiqə gözləyin. Gün içində tox qarına qəbul edin.