Tofiq Abbasov: ABŞ-ın siyasəti qondarma və çox təhlükəli bir siyasətdir
Dünən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı basqına məruz qalaraq öldürülüb. Politoloq Tofiq Abbasov deyir ki, bu hadisə terror şəbəkəsinin zəifliyinin təzahürüdür: “Çünki səfiri öldürməklə, hardasa bomba partlatmaqla, insanlara zərər yetirməklə heç bir vəziyyəti dəyişmək mümkün deyil. Bu ümumiyyətlə insanlıq anlamına uyğun gəlməyən niyyət və hərəkətlərdir. Əlbəttə ki, səfirə edilmiş bu təcavüz həm də Rusiyanın özünə və siyasətinə olan münasibətdir”.
“Rusiyanın ümumiyyətlə, terror şəbəkəsi ilə mübarizəyə qatılması bir çox dövlətlərdə, o cümlədən Qərb qütbündə qıcıq doğurdu. Biz görürük ki, ABŞ terror şəbəkəsini deyil, Rusiyanı, Bəşər Əsədi, İranı və ümumiyyətlə bütün sülhsevər və real anti-terror mübarizədə olan qüvvələrin hamısına ittihamnamələr ifadə edir. ABŞ-ın Yaxın Şərq siyasəti başdan ayağa qondarma və çox təhlükəli bir siyasətdir”, — deyə o bildirib.