Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Andrey Karlov mühafizəsiz gəzəcək qədər Türkiyəyə güvənirdi

© Photo : Rusiyanın Türkiyədəki SəfirliyiRusya’nın Ankara Büyükelçisi Andrey Karlov
Rusya’nın Ankara Büyükelçisi Andrey Karlov - Sputnik Azərbaycan
Abunə olmaq
Əbdülqadir Səlvi: Açıq aşkar görünür ki, kimlərsə rus-türk münasibətlərindən ciddi narahatlıq duyur. İsrarla iki dövlətin arasını vurmaq istəyirlər

BAKI, 20 dek — Sputnik. "Türkiyəyə o qədər güvənirdi ki, bir yerə gedəndə mühafizəçilərə ehtiyac görmürdü. Səfir Andrey Karlov bizim həm dostumuz, həm də qonağımız idi. Təəssüf ki, onu qoruya bilmədik". Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin "Hürriyet" qəzetinin köşə yazarı Əbdülqadir Səlvi deyib.

Türk yazar, səfirin öldürülməsindən sonra, keçənilki təyyarə böhranının da yenidən araşdırılmasının vacib olduğunu bildirib:

"Açıq-aşkar görünür ki, kimlərsə rus-türk münasibətlərindən ciddi narahatlıq duyur. İsrarla iki dövlətin arasını vurmaq istəyirlər. 15 iyulda Türkiyəni hərbi çevrilişlə yıxa bilməyənlər bu gün xaos ssenarilərini işə salıblar".

Ə.Səlvi sonda əlavə edib ki, 2015-ci il 24 noyabr hadisəsi zamanı səfir Andrey Karlov əlaqələrin düzəlməsi üçün ciddi səy göstərən ideal bir şəxsiyyət idi.

Xəbər lenti
0