BAKI, 19 avq — Sputnik. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı iki qadın saxlanılıb.
Milliyet-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir qeyd edib ki, silahlı hücumu Türkiyənin Aydın vilayətindən olan 1994-cü il təvəllüdlü, Ankara Cevik Polis Alayında xidmət edən Mövlud Mətin Altıntaş törədib. Hücumu törədən şəxs öldürülüb.
Nazir, həmçinin, hadisə zamanı daha 3 nəfərin yaralandığını, onlardan birinin artıq evə buraxıldığını, daha iki nəfərin isə müalicəsinin davam etdiyini, onlardan birinin ayağından, digərinin isə qolundan yaralandığını qeyd edib.
Şübhəli qismində saxlanılan qadınlar da Aydın vilayətindəndirlər.