CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin neftçilərin axtarışı genişləndirilir

Xilasetmə gəmisi
Xilasetmə gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasetmə əməliyyatları uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə edir

BAKI, 19 dek — Sputnik. "Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

İlham Qafarovun yas mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qardaşımın meyitini mənə göstərib dedilər ki..."

Sputnik axtarış-xilasetmə qərargahının məlumatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyi, FHN, DSX, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış-xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə edir: "Hazırda hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti və sürəti təhlil olunaraq, axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib və bununla əlaqədar olaraq, adıçəkilən qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılır".

Eyni zamanda, sahilboyu ərazilərdə FHN və DSX-nin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri həyata keçirilməkdədir.

Xəbər lenti
0