Samir Əliyev: Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert: Göstərilən sabitlik manatın süni bahalaşması idi

Samir Əliyev: FED-in qərarı manata ötəri təsir göstərir
İqtisadçı-ekspert Samir Əliyev deyir ki, üzən məzənnə deyil, manatın tədricən ucuzlaşdırılması həyata keçirilməli idi ki, devalvasiya olanda bunun təsirləri çox zəif olsun: “Manat ucuzlaşdırılmadığından devalvasiyanın daha da sərt olacağı gözlənilən idi. Biz bunu dəfələrlə vurğuladıq. Təsadüfi deyil ki, iki devalvasiya nəticəsində manat iki dəfə dəyərini itirdi”.

“Mən düşünürəm ki, bu gün Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Bunun səbəbi iqtisadiyyatın strukturudur. Bu gün biz manatı buraxıb tam üzən məzənnəyə keçsək, manat kəskin aşağı düşərək ziqzaqvari oynayacaq. Bu isə həm sahibkarlıq, həm əhalinin sosial vəziyyəti üçün problemlər yaradır. Bizdə tam üzən məzənnə kəskin devalvasiya yaradır”, — deyə o bildirib.

Xəbər lenti
0