Türkiyədə genişmiqyaslı anti-terror əməliyyatları başladı: küçələrə çıxmaq qadağan edildi

© Photo : STRTürkiyə Silahlı Qüvvələrinin Baş qərargahı
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı - Sputnik Azərbaycan
Abunə olmaq
Kayseri rayonunda hərbçilərə yönəlmiş dəhşətli terror aktının ardınca, PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat başlayıb

BAKI, 18 dek — Sputnik. Dünən Türkiyənin Kayseri rayonunda hərbçilərə yönəlmiş dəhşətli terror aktının ardınca, PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat başlayıb. Sputnik Hurriyet-ə istinadən xəbər verir ki, ölkənin bir sıra bölgələrində küçələrə çıxmağa qadağa qoyulub.

Diyarbəkirin Lice, Hani və Kocaköy rayonlarının 7 kəndində əhaliyə küçələrə çıxmaq qadağan edilib, ərazidə anti-terror əməliyyatı aparılır. Terrorçuların gizləndikləri yerlərə yönəlik əməliyyatlarda, sıravi vətəndaşların zərər görməməsi üçün, bu gün, yerli vaxtla səhər saat 05.00-dan etibarən fövqəladə vəziyyət rejimi elan edilib. Habelə, eyni məqsədlə Diyarbəkirin Silvan rayonunun 14 kəndində də küçələrə çıxma qadağası elan olunub.

Xəbər lenti
0