CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üzərində 200 dəfədən çox "Allah" kəlməsi həkk olunub

Abunə olmaq
700 ilə yaxın yaşı olan tarixi abidənin bərpası başa çatmaq üzrədir

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 18 dek — Sputnik. Azərbaycan mədəniyyətinin nadir memarlıq nümunələrindən olan Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub Hafiz tərəfindən inşa olunub. Türbə Bərdə şəhərinin mərkəzində, eramızdan əvvəl inşa olunan torpaqqala adlı müdafiə qurğusunun içərisində yerləşir.

Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi - Sputnik Azərbaycan
Bura Azərbaycanın daş yaddaşıdır

Tikilinin üzərində qırmızı kərpic və kaşıdan (bəzək əşyası) istifadə olunaraq, 200 dəfədən çox "Allah" sözü yazılıb və bu sözü bütün istiqamətlərdən oxumaq mümkündür. Buna görə də abidəyə, həm də "Allah-Allah" türbəsi də deyilir.

Uzun illər baxımsız qalan türbənin, ilk dəfə bərpasına ötən əsrin 50-ci illərində başlanıb. Səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib. Üstəlik, üzərinə qoyulan ağır beton konstruksiya abidədə çatların əmələ gəlməsinə səbəb olub.

Türbənin şimal və cənub hissələrindəki kitabələr, həmçinin kaşıdan istifadə olunaraq yazılan "Quran" ayələri, sonradan silinib. Mədəniyyət və Turizm Nazirliyinin Bərdə rayon şöbəsinin müdiri İlyas Hacıyevin Sputnik-ə verdiyi məlumata görə, həmin vaxt türbənin restavrasiyası erməni əsilli ustalara həvalə olunub və bütün bunlar məqsədyönlü şəkildə türbənin dağıdılmasına hesablanıb.

"60 ildən sonra isə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən türbənin bərpasına başlanıb. Hazırda abidənin bərpası prosesində, yerli ustalarla yanaşı, xarici mütəxəssislər də iştirak edirlər", — Hacıyev bildirib.

Onun sözlərinə görə, istifadə olunan materiallar, əsasən Təbriz və Zəncan şəhərlərindən gətirilir: "Türbənin qədimliyini qorumaq məqsədiylə, daxili hissəsi layihəyə əsasən, sarı torpaq, acıdılmış arpa samanından əldə olunan məhlul və keçi tükündən ibarət xüsusi qarışımdan istifadə olunaraq bərpa olunur. Bərpa işlərinin gələn ilin ortalarına qədər başa çatması planlaşdırılır. Abidə ilə yanaşı, onun ətrafında da abadlıq işləri aparılacaq və türbə turizm marşrutuna salınacaq".

© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
1/10
Bərdə türbəsi
© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
2/10
Bərdə türbəsi
© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
3/10
Bərdə türbəsi
© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
4/10
Bərdə türbəsi
© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
5/10
Bərdə türbəsi
© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
6/10
Bərdə türbəsi
© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
7/10
Bərdə türbəsi
© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
8/10
Bərdə türbəsi
© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
9/10
Bərdə türbəsi
© Sputnik / Ramil IbrahimovBərdə türbəsi
Bərdə türbəsi - Sputnik Azərbaycan
10/10
Bərdə türbəsi
Xəbər lenti
0