Azərbaycan ABŞ-a hərbi təyinatlı məhsullar satır

© Photo : azeridefence.comYavər Camalov
Yavər Camalov - Sputnik Azərbaycan
Abunə olmaq
Yavər Camalov: "Hərbi təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb"

BAKI,17 dek — Sputnik. "Hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində hərbi zavodlar fəaliyyət göstərir. Bu zavodlarda bu günə qədər 1160 adda hərbi təyinatlı məhsul istehsal olunub".

Sputnik xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov açıqlama verib. Onun sözlərinə görə, nazirlik bir sıra ölkələrə hərbi təyinatlı məhsullar satır.

"Bu ölkələr sırasında ABŞ, Cənubi Koreya və Afrika ölkələri var. Bu da onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullar ən yüksək standartlara cavab verir", — Camalov qeyd edib.

Nazir, həmçinin deyib ki, hərbi təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb: "Bu müqavilələrin 61 milyon dollar dəyərində olan qismi icra olunmaqdadır".

Qeyd edək ki, 17 dekabr Müdafiə Sənayesi Nazirliyinin yaranmasından dolayı, bu qurumun əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Xəbər lenti
0