BAKI, 17 dek — Sputnik. Bu gün səhər saatlarında, Türkiyənin Kayseri rayonunda, Erciyes Universitetinin yaxınlığında, avtobusda partlayış baş verib. Sputnik Hurriyyet-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Avtobusda əsgərlərin olduğu da istisna edilmir.
Şahidlərin dediklərinə görə, hadisə şəhər mərkəzinə gələn avtobus, universitetin Tibb fakültəsinin yerləşdiyi binanın qarşısındakı dayanacaqda dayanarkən baş verib. Hadisə yerindən özünü partladan terrorçu-kamikadzenin cəsədi tapılıb.
Hələlik partlayışda həlak olan və yaralananların dəqiq sayı açıqlanmasa da, həmin vaxt avtobusda xeyli sayda insanın olduğu bildirilir.