BAKI, 17 dek — Sputnik. Əl işləri ilə 38 ildir məşğul olan, dünyada üç "mikro heykəltəraş"dan biri olaraq tanınan Necati Korkmaz, Allahın 99 ismini mikroskop altında 33 əncir toxumundan ibarət təsbehə yazıb.
Sputnik "Anadolu"ya istinadla xəbər verir ki, hər bir əncir toxumunun üzərində Allahın 3 ismi yazılıb. Bunun yazılması altı ay yarım davam edib.
"Təxmin edirəm ki, dünyada bu qədər incə bir yazı yoxdur", — heykəltəraş deyib.