Ekspert: İxraca yönəlik qeyri-neft sektorunun inkişafına ehtiyac var

Abunə olmaq
İqtisadçı-ekspert: "İxraca yönəlik qeyri-neft sektorunun inkişafına ehtiyac var"

Ruslan Atakişiyev: 2016-cı ildə verilən qərarların bir hissəsi ixrac potensiyalının artırılmasına yönəlib
İqtisadçı-ekspert Ruslan Atakişiyev deyir ki, manatın məzənnəsi dünyada Azərbaycan neftinin satılması ilə bağlıdır: “Bu gün alternativ yollarla, yəni qeyri-neft sektorunun hesabına manatın məzənnəsinin güclənməsi istiqamətində işlərin aparılmasında böyük bir ehtiyac var. Xüsusən də ixraca yönəlik qeyri-neft sektorunun inkişafına ehtiyac var. Təbii ki, 2016-cı ildə verilən qərarların bir hissəsi də buna yönəldilmişdi”.

“İxracın təşviq olunması, Azərbaycan brendinin formalaşdırılması və xaricdə Azərbaycan məhsullarının marketinqinin aparılması ilə bağlı tədbirlər planları və hökumətin bu kimi apardığı digər işlər də məhz Azərbaycanın ixrac potensiyalının artırılmasına yönəldilmişdir”, — deyə o bildirib. 

Xəbər lenti
0