Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Yaponiya arasında tarixi sülhə az qalıb

© Sputnik / Sergey GuneevRusiya prezidenti Vladimir Putin, yaponiyalı həmkarı Şinzo Abe ilə
Rusiya prezidenti Vladimir Putin, yaponiyalı həmkarı Şinzo Abe ilə - Sputnik Azərbaycan
Abunə olmaq
İkinci Dünya Müharibəsindən sonra bu iki ölkə arasında sülh sazişi imzalanmayıb

BAKI, 16 dek — Sputnik. "Yaponiya tərəfi ilə ölkələrimiz arasında sülhün əldə edilməsinin mümkünlüyü və ticari əməkdaşlıq mövzularını müzakirə etdik".

Yaponiyanın baş naziri Şinzo Abe Vladimir Putinlə - Sputnik Azərbaycan
RUSİYA
Rusiya - Yaponiya əlaqələri genişlənir

Sputnik xəbər verir ki, bunu Tokioda səfərdə olan Rusiya prezidenti Vladimir Putin, yaponiyalı həmkarı Şinzo Abe ilə görüşdən sonra, jurnalistlərə açıqlamasında deyib. Öz növbəsində Şinzo Abe qeyd edib ki, Rusiya və Yaponiya birgə fəaliyyət planı üzərində razılıq əldə edib.

Qeyd edək ki, Yaponiya hökuməti sülhə dair razılıq əldə olunması üçün, hazırda Rusiya ərazisi sayılan Kuril adalarının cənubunda yerləşən 4 adanın geri qaytarılması şərtini irəli sürür. Moskva isə hesab edir ki, sözügedən adalar İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən, keçmiş SSRİ-yə verilib. Maraqlıdır ki, müharibədən sonra Rusiya ilə Yaponiya arasında həmin adalara görə sülh sazişi imzalanmayıb.

Xəbər lenti
0