BAKI, 21 noy — Sputnik. Yaponiyanın baş naziri Şinzo Abe, Perunun paytaxtı Limada Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlib. İki lider Asiya —Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) zirvəsi çərçivəsində görüşüblər.
Sputnik xəbər verir ki, Moskva ilə Tokio arasındakı əlaqələrin inkişaf etdiyini söyləyən Putin deyib: "Ticari-iqtisadi sahədəki əməkdaşlığı gücləndirmək üçün fəaliyyətlərimiz davam edir. Bu gün iki ölkənin bütün sahələrdə hər cür fikir mübadiləsi etmək imkanı var".
Şinzo Abe də iki ölkə arasındakı siyasi dialoqun son zamanlarda daha da yoğunlaşdığını ifadə edib.