BAKI, 16 dek — Sputnik. Qazax rayon Polis Şöbəsinin rəisi Natiq Həsənov, cərrahi əməliyyatdan sonra mədəsində baş verən qanaxma nəticəsində dünyasını dəyişib. Sputnik xəbər verir ki, polis polkovniki, 1964-cü il təvəllüdlü Natiq Həsənov, Türkiyədə mədəsindən əməliyyat edilib. Azərbaycana qayıdandan sonra o, mədəsində baş verən qanaxma nəticəsində evində vəfat edib.
Həsənov bir il əvvəl Qazax rayonuna polis rəisi təyin edilib. Bundan əvvəl Yevlax rayon Polis şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.