Dövlət büdcəsi təsdiq olundu

Abunə olmaq
Milli Məclis büdcə zərfinə daxil olan qanun layihələrini təsdiq edib

BAKI, 16 dek — Sputnik. Milli Məclisin plenar iclasında büdcə zərfinə daxil olan qanun layihələri təsdiq edilib. Sputnik xəbər verir ki, parlament sədri Oqtay Əsədov deyib ki, büdcə müzakirələri zamanı 67 millət vəkili çıxış edib.

2017-ci il üçün büdcə zərfinə — "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında " qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.

Xəbər lenti
0