Samir Əliyev: Bu gün bağlanmaq riski ilə üzləşən banklar var

© Sputnik / Murad OrujovЭкономист Самир Алиев в ходе круглого стола на тему "Экономические проблемы и пути их решения в уходящем году
Экономист Самир Алиев в ходе круглого стола на тему Экономические проблемы и пути их решения в уходящем году - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert: Mövcud sistem dollar əmanətçiləri üçün sərf etmir

Samir Əliyev: Oxşar proses kreditlərdə də baş verdi
İqtisadçı-ekspert Samir Əliyev deyir ki, Azərbaycanda iqtisadi vəziyyət insanların birbaşa sosial vəziyyətinə təsir göstərdiyi üçün çox aktualdır: “2014-cü ilin payızından başlayaraq neftin qiyməti düşməyə başladı və bu Azərbaycanın makroiqtisadi sabitliyinə çox ciddi problemlər yaratmağa başladı. Bunun nəticəsi olaraq, 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğradı və dəyərini dollara münasibətdə iki dəfə itirdi”.

“2016-cı ildə isə 2015-ci ildə başlayan proseslərin davamı oldu. Biz atılmış addımların nəticələrini görməyə başladıq. Nəticə ondan ibarət oldu ki, ölkədə fəaliyyət göstərən bankların 30 faizi bağlandı. Bankların sayı 45-dən 32-yə düşdü və yenə də bu gün bağlanmaq riski ilə üzləşən banklar var. Bundan başqa, hökumət 2015-ci ildə banklara dəstək olmaq və insanlarda bank sektoruna inamının artırılması məqsədilə bir sıra addımlar atdı ki, bunlardan da ən əsası əmanətlərin sığortalanması sistemi ilə bağlı oldu. Lakin devalvasiya nəticəsində məlum oldu ki, bu mövcud sistem dollar əmanətçiləri üçün sərf etmir. Oxşar proses kreditlərdə də baş verdi, — deyə o bildirib.

Xəbər lenti
0