CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toy karvanındakı avtomobillərlə bağlı sərt qadağa təklif olunur

© Photo : Auto.azToy karvanı, arxiv şəkli
Toy karvanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
DYP: "Toy günü gəncləri müşayiət edən maşınların sayına məhdudiyyət qoyulmalıdır"

BAKI, 15 dek — Sputnik. Toy karvanlarında maşınların sayını ixtisar etmək təklif olunur. Sputnik-in məlumatına görə, belə bir təşəbbüslə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edib.

© Sputnik / Murad OrujovBakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  - Sputnik Azərbaycan
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov

Əsədov hesab edir ki, gəncləri müşayət edən maşınların sayı 4-dən çox olmamalıdır: "Toy karvanı üçün 5 avtomobil kifayətdir. Bir sıra adətlər ləğv olunmalıdır. Əgər xatırlayırsınızsa, əvvəllər evlənən cütlük at üstündə gedirdi və havaya tüfənglərdən atəş açılırdı. Amma indi o vaxtlar deyil, həmin adət yığışdırılıb".

"Mən təklif edirəm ki, bu gün çoxsəsli siqnallardan istifadə edilməməli və toy karvanında 5-ə qədər avtomobil olmalıdır" — polkovnik bildirib.

Qeyd edək ki, şəhərdə avtomobillərin hərəkəti üçün sürət həddi yüksək olmasa da, bir çox hallarda toy karvanları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Əsədovun yaddaşında belə hallar az qalmayıb. Onun sözlərinə görə, hətta elə hadisələr olub ki, toy karvanında baş vermiş qəza nəticəsində bəy, gəlin, qonaqlar və piyadalar ölüb.

O, belə halların az baş vermədiyini deyib: "Yol polisi üçün yollarda baş verə biləcək mümkün qəzaların önlənməsi, nizam-intizamın bərpası üçün avtomobillərin yüksək axınının və sıxlığının qarşısının alınması vacibdir. Bütün hallarda nizam-intizamı pozanlara qarşı müvafiq tədbirlər görülür və gələcəkdə də görüləcək".

Polis polkovnikinin sözlərinə görə, yol polisi bu qaydaların təbliğatını aparır: "Amma birdən-birə avtomobillərin sayını ixtisar etmək mümkün deyil. Yol polisi insanların hüquqlarını pozmamalıdır".

Qeyd edək ki, bu il İnquşetiyada toy karvanındakı maşınların sayı ixtisar edilərək 3-ə çatdırılıb. Bu dəyişiklik İnquşetiyanın başçısı Yunus-bek Yevkurovun gəncləri müşayiət edən toy karvanı ilə bağlı videoçarxa baxmasından sonra qüvvəyə minib.

Xəbər lenti
0