CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident sərəncam imzaladı

Abunə olmaq
"Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı sərəncam verilib

BAKI, 15 dek — Sputnik. Prezident İlham Əliyev "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 391-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident "Kütləvi informasiya vasitələri haqqında" Qanunla bağlı sərəncam verdi

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 391-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Pul - Sputnik Azərbaycan
Prezident büdcə ilə bağlı dəyişiklik etməyə göstəriş verdi

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284 IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıb:

"Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 741; 2004, № 12, maddə 973; 2006, № 11, maddə 932; 2012, № 7, maddə 650) 4.1.8-ci maddəsinə "qiymətli kağızlar" sözlərindən sonra "bazarı" sözü əlavə edilsin və həmin maddədə "qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı" sözləri "qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi" sözləri ilə əvəz edilsin".

Xəbər lenti
0