SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dörd ölkədəki səfirlərimiz geri çağırıldı

Abunə olmaq
Dövlət başçısı bəzi xarici ölkələrdəki səfirlərin geri çağırılmasına göstəriş verib

BAKI, 15 dek — Sputnik. Prezident İlham Əliyev Azərbaycanın bir neçə ölkədəki səfirini geri çağırıb. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azər Tofiq oğlu Hüseyn Azərbaycan Respublikasının Gürcüstanda, Rövşən Şamil oğlu Cəmşidov Azərbaycan Respublikasının Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada, Mir-Həmzə Nazim oğlu Efendiyev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi, Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xəbər lenti
0