BAKI, 15 dek — Sputnik. Azərbaycanda da kifayət qədər sevənləri olan türkiyəli müğənni-aktrisa Hülya Avşar dünən maqazin kameralarına tuş gəlib. Avtomobil sürərkən sükanında görüntülənən, 53 yaşlı Hülya Avşarın makiyajsız halı diqqətdən qaçmayıb.
Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, onu bu vəziyyətdə görənlər şoka düşüblər. Kameraya qısa açıqlama verən Avşar, "gündəlik həyatda üzümə heç bir şey sürtmürəm" deyib.