BAKI, 15 dek — Sputnik. Astara rayonu, Qamışovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 1931-ci il təvəllüdlü İsgəndərova Nərgiz Ağahüseyn qızının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.
Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.